İcbari Sığorta Bürosundan verilən məlumata görə əmlakların satışı ilə bağlı hərrac 5 avqust 2021 –ci il tarixində saat 11.00-da keçiriləcəkdir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
S/N |
Model |
Marka |
Buraxılış ili |
Dövlət nömrə nişanı |
Rəng
|
İlkin satış qiyməti (AZN-lə) |
1 |
“Honda Accord” |
Sedan |
2011 |
10 PX 806 |
Qara |
16.000 (on altı min) |
2 |
“Volkswagen T-5” |
Multivan (6+1) |
2012 |
90 AN 806 |
Qara |
42.000 (qırx iki min) |
Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir. Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni “Honda Accord” minik markalı avtomobili üzrə 1600 (min altı yüz) manat məbləğində; “Volkswagen T-5” minik markalı avtomobili üzrə 4200 (dörd min iki yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.
Hərracda iştirak haqqı ilkin satış qiymətinin 2%-i, yəni “Honda Accord” minik markalı avtomobili üzrə 350 (üç yüz əlli) manat məbləğində; “Volkswagen T-5” minik markalı avtomobili üzrə 500 (beş yüz) manat məbləğində ödənilməlidir. İştirak haqqı hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür: