SIĞORTA

29 İyul

Bu sığorta şirkətlərin ödənişləri artıb

Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 6-nın ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 6 ay ərzində  138 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 33 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Həyat Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 19,239 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 18,7% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Meqa Sığorta"dadır. Bu şirkət 6 ay ərzində 2,135 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,1% azdır.