SIĞORTA

27 İyul

Naxçıvanda sığorta bazarı 19% kiçilib

Bu ilin I yarısında Naxçıvan MR-da 3,41 milyon manat sığorta haqqı toplanılıb.

Bu barədə yerli Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% azdır.

6 aylıq sığorta yığımının 714 min manatı könüllü, 2,696 milyon manatı isə icbari sığorta növlərinin hesabına formalaşıb.