Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 193,692 milyon manat sığorta haqqı toplanılıb.
Bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 19,8% çoxdur.
Ötən 6 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 258,674 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 29,4% artaraq 141,519 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 35,1% artaraq 106,681 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 73,1 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 41,2 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-iyun aylarında müvafiq olaraq 67,7 manat və 32,25 manat olub.