SIĞORTA

26 İyul

Azərbaycanın sığorta bazarı 11% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 452,366 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 248,2 milyon manat təşkil edib.