SIĞORTA

17 İyul

Sığorta yığımlarının və ödənişlərinın artımında sabitlik yaranıb

2021-ci ilin ilk aylarında sığorta bazarında yığımlarda müəyyən tərəddüdlər müşahidə olunmuşdu. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev bildirib ki, bu, gözlənilən idi:

“Ölkəmizdə pandemiya səbəbilə tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin qaydaları birdəfəlik yox, tədricən və mərhələli şəkildə yumşaldılırdı. Nəticədə pandemiyanın ötəri nisbi təsiri ilin ilk aylarına təsadüf etdi. Artıq mart ayından artım trendi yenidən bərpa edildi”.

E.Mirsalayev qeyd edib ki, yerli sığorta bazarı iştirakçıları yanvar-may aylarında 398 milyon manat sığorta haqqı yığıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz, yəni 36,7 milyon manat çoxdur. Ödənişlər də sabit templə artmaqdadır. Dövr ərzində həyata keçirilən ödənişlər ötən ilin yanvar-may ayları ilə müqayisədə 68,1 milyon manat artaraq 208,2 milyon manat təşkil edib.