SIĞORTA

13 İyul

Bəzi şirkətlərdə qəza ekspertləri “pulyığan”, “məharətli saxtakar” və “sığorta dələduzları”dır

“Qəza ekspertləri tərəfindən sığorta hadisələri peşəkarcasına araşdırılmalı və sığorta ödənişləri düzgün tənzim edilməlidir”.

Fins.az xəbər verir ki, bunu sığorta sığorta eksperti Şükür Hüseynov deyib.

“Dərin təəssüf hissi ilə söyləməliyik ki, hələ də bəzi sığortaçılarda qəza ekspertləri kiminsə üzdəniraq “pulyığanı”, digərlərində ödəniş sənədlərini “məharətlə saxtalaşdırmağı bacaran usta mütəxəssislər”, bir başqalarında isə sadəcə, zərərçəkənlərlə qeyri-qanuni sövdələşmələrə gedən “sığorta dələduzları”dır.

Bu cür ‘keyfiyyətləri ilə öyünən‘, öz məsuliyyətlərini sonadək dərk etməyən, başqasının bədbəxtçiliyi üzərində varlanmağa həris olan qəza ekspertləri gec-tez layiq olduqları cəzaları alacaqlar”

O, qeyd edib ki,  sığorta hadisələrini təhqiq edərkən ciddi qanun pozuntuları və sui istifadə halları  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və (və ya) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti yaradır.