SIĞORTA

12 İyul

Qiyməti 6 min manat olan inək sığortalana biləcək - FOTO

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər.

Qanunvericiliyə əsasən inəklər 2 sığorta zərfi vasitəsilə sığortalana bilər. Əsas riskləri əhatə edən 1-ci sığorta zərfi üzrə sığorta tarifi 6,1%, genişləndirilmiş riskləri əhatə edən 2-ci sığorta zərfi üzrə sığorta tarifi 9,5% təşkil edir.

Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir.

Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqınının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.

Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir:

                                                                             I sığorta zərfi    II sığorta zərfi

Qiyməti 1 000 manat olan inəyin sığorta haqqı -      31 manat    47 manat

Qiyməti 1 500 manat olan inəyin sığorta haqqı -      46 manat    71 manat

Qiyməti 2 000 manat olan inəyin sığorta haqqı -      61 manat    95 manat

Qiyməti 2 500 manat olan inəyin sığorta haqqı -      76 manat    119 manat

Qiyməti 3 000 manat olan inəyin sığorta haqqı -      91 manat   142 manat

Qiyməti 4 000 manat olan inəyin sığorta haqqı -    122 manat   190 manat

Qiyməti 5 000 manat olan inəyin sığorta haqqı -    153 manat   237 manat

Qiyməti 6 000 manat olan inəyin sığorta haqqı -    183 manat    285 manat 

Fermerlər və iş adamları kənd təsərrüfatı heyvanları üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” //asf.gov.az/insurance-calculators/livestock-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığopta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.