SIĞORTA

06 İyul

Yeni investisiya məhsulu

Bazara, dollar depoziti üzrə illik 1% gəlir əldə edə biləcəyiniz məhsul təqdim olunub.

Belə ki, PAŞA Həyat-ın “Gəlirli Həyat Sığortası” məhsulu üzrə Kapital Bank filiallarında bir il müddətində depozit yerləşdirə bilərsiniz. Bir ilin sonunda isə depozitiniz 1% artacaq.

Bu sığorta növünün üstünlükləri tək gəlir artımı ilə kifayətlənmir. Paralel olaraq, həyatınız da sığortalanır. Minimal depozit məbləği isə sadəcə 100$-dır.

Bir sözlə həm gəlir əldə edirsiniz, həm də sığortalanırsınız.

Məhsuldan faydalanmaq, ətraflı məlumat almaq üçün, Kapital Bank filiallarına yaxınlaşa və ya PAŞA Həyata zəng edə bilərsiniz. Əlaqə nömrəsi (012) 942.