SIĞORTA

02 İyul

“Qala Həyat”dan sığorta ödənişlərinin azalması ilə bağlı - AÇIQLAMA

“Qala Həyat sığorta” şirkəti tərəfindən ödənişlər üzrə göstəricisinin azalması məsələsinə aydınlıq gətirilib.

Şirkətdən bildirilib ki, “Qala Həyat” Sığorta Şirkəti ASC-nin 2020-ci ilin yanvar-may ayları ilə 2021-ci ilin yanvar-may aylarında edilmiş sığorta ödənişlərinin azalmasına "Yaşam sığortası" növü üzrə baş vermiş sığorta hadisələrinin (müddəti tamam olan yaşam sığorta müqavilələrinin) sayında kəskin azalma səbəb olmuşdur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-may ayı üzrə açıqladığı hesabatına əsasən, şirkətin sığorta ödənişləri son bir il ərzində 327 min manat və ya 22,06% azalaraq 1,155 mln. manata enib.

“Qala Həyat” sığorta şirkəti may ayı ərzində müştərilərinə az ödəniş edib - RENKİNQ