SIĞORTA

01 İyul

Ən çox sığorta yığımı olan şirkətlər - SİYAHI

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 398,001 milyon manat sığorta haqqının 318,209 milyon manat (79,9%) 5 sığorta şirkətinin payına düşüb.

Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (139,858 milyon manat), "PAŞA Sığorta" (95,593 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 42,197 milyon manat), eləcə də “Qala Sığorta” (20,916 milyon manat) və “Atəşgah Həyat Sığorta” (19,645 milyon manat) ASC-lərdir.