Sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərərin əvəzinin pul şəklində ödənilməsi yerinə əmlakın təmir olunması sığortaçıdan tələb edilə bilər mi?
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında həmin maddədə nəzərdə tutulan formalardan hər hansı birində həyata keçirilir (ödənilir). Beləliklə, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın təmiri və ya bərpası, yaxud da zərərin əvəzinin pul şəklində ödənilməsi barədə qərar sığortaçı tərəfindən qəbul edilə bilər.