2021-ci il martın 31-nə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 391 milyon 489,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 2,7% çoxdur.
Bank hesablarında 355 milyon 917,5 min manat və ya aktivlərin 25,6%-i (azalma 18,3%), uzunmüddətli maliyyə aktivlərində 414 milyon 503,4 min manat (artım 8,2%), debitor borclarında 233 milyon 712,7 min manat (artım 44,7%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2021-ci il aprelin əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 395 milyon 25,8 min manat (artım 3,7%) təşkil edib.
1 aprel 2021-ci il tarixinə sektorun sığorta ehtiyatları 692 milyon 162,6 min manat (artım 2,6%), ümumi bölüşdürülməmiş mənfəəti 125 milyon 38,4 min manat (artım 6,6%) təşkil edib.
2021-ci il aprelin 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-i sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-i isə broker şirkətidir.
2021-ci il aprelin 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1558,7 manat təşkil edib, bu isə 2020-cu ilin analoji dövrünün göstəricisindən 10% çoxdur.