Yol-nəqliyyat hadisəsinin hər iki iştirakçısı təqsirkar olduğu halda sığorta ödənişi necə verilir?
Fins.az sığorta eksperti Şükür Hüseynovun cavabını təqdim edir:
“Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılır. Fiziki şəxsin təqsirinin dərəcəsi Dövlət Yol Polisi tərəfindən müəyyənləşdirilir. Məsələn, hadisənin törədilməsində tərəflərdən birinin təqsiri 40%-dir. Deməli, həmin şəxsə 3000 manatadək, təqsirinin dərəcəsi 60% olan şəxsə isə 2000 manatadək sığorta ödənişi verilməlidir”.