SIĞORTA

21 İyun

Yaşayış binasındakı lift qurğusuna “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta təminatı verilir?

Son vaxtlar təlim iştirakçılarından, sığorta agentlərindən və digər maraqlanan şəxslərdən daxil olan mübahisə doğura bilən bəzi suallar yaranıb.

Həmin suallardan birini təqdim edirik:

Yaşayış binasındakı lift qurğusuna “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta təminatı verilirmi?

Fins.az sığorta eksperti Şükür Hüseynovun cavabını təqdim edir:

“Bəli, sığorta təminatı verilir. Nəinki lift qurğusu, eləcə də tikilinin havalandırma, isitmə və soyutma sistemi də icbari sığorta təminatına daxil edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsində isə sualınızın dəqiq cavabı vardır:  “Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir”.