Sığorta eksperti Ləman Babayeva sığorta ilə bağlı mövcud qaydalardan narazılığını ifadə edib.
Fins.az xəbər verir ki, o öz fikrini sosial media hesabında açıqlayıb.
Ekspert yazıb:
"Sığorta peşəsini özünə peşə seçən insanlar var. Hansı ki, başqa heç bir gəlir mənbəyi yoxdur. Əgər bazarın 60% üstünü təşkil edən 0-2 mühərrik həcminə heç bir şirkət komissiya verməyəcəksə, bu sektorun inkişafı, lisenziya imtahanı, sığorta ixtisası nəyə lazımdır? Bu ölkə yuxarı motor sürən qlamur insanlardan ibarət deyil, cənablar! Əhalinin çoxu kasıblıqdan sürür o sizin bəyənmədiyiniz marka-modelləri, kefindən deyil. Bunu anlamamış olmazsınız hər halda. İşçinin boğazından kəsməklə qazancınız arta bilər, ancaq əmin olun ki, bununla iş düzəlmir. Daha ağıllı təkliflər fikirləşin, əlbəttə, sizə əziyyət deyilsə".
Müəllif: Tuncay Türbəndəzadə