SIĞORTA

17 İyun

A-Qroup-dan tibb isçilərinə endirim

A-Qroup Sığorta Şirkəti bütün Tibb İşçilərinin peşə bayramı münasibəti ilə təbrik edir!

Sizin əllərinizdə insanların ən qiymətli sərvəti olan Sağlamlıqdır. Onsuz  sağlam həyat mümkün deyil, buna görə də sizin zəhmətiniz həmişə lazımlı və çox dəyərlidir. Siz hər gün, xüsusilə pandemiya zamanı, sağlamlıq və həyat uğrunda qəhrəmanlıqla mübarizə aparırsınız. Qoy minnətdarlıq sözləri də Sizim üçün hər zaman səslənsin! Cəsarətinizə, səxavətinizə və peşəkarlığınıza görə təşəkkür edirik.

Bu gün A-Qroup bütün Tibb işçilərini, müalicə mərkəzlərinin mütəxəssislərini təbrik edir və eləcə də öz həyatını tibbə həsr etmiş hər bir kəsə öz minnətdarlığını bildirir.

Hörmət əlaməti olaraq, A-Qroup Sığorta Şirkəti Tibb İşçilərinə eksklyuziv olaraq 2 sığorta növü üzrə 25% endirim təklif edir: KASKO və Əmlak sığortası. Endirim 17.06.2021-ci il tarixdən 24.06.2021-ci ilədək qüvvədədir.

Qoy bu gün Sizə yeni peşəkar nailiyyətlər əldə etməyə güc versin, işiniz isə həmişə layiqincə qiymətləndirilsin və sevinc gətirsin.