“Bakı Sığorta” ASC “Asel Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarını alıb.
Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq istiqrazdan gedir.
Qiymətli kağızların tədavül müddəti 2 il, illik gəlirliliyi isə 12%-dir. Faizlər aylıq ödəniləcək. Yerləşdirmə “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutub.