Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 339,107 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 179,789 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,3% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 33,9 manat olub.