Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
Bu barədə Standard Insurance”ın ləğvetmə komissiyasından məlumat verilib.
Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 7 iyun 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küç, ev 15 mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1,8 milyon manat, iştirak haqqının məbləği: 500 manat, behin məbləği: 18 min manatdır.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Satış qiyməti AZN |
İştirak haqqı AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56.6 м² |
1 800 000 |
500 |
18 000 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46.5м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52.7 м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
ASC “Standard Insurance” sığorta sirkətinin Ləğvetmə komissiyası bildirilir ki, 7 iyun 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca üçüncüdür. Birinci və ikinci hərrac satışları müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmayıb. Bu səbəbdən hərrac qaydalarına uyğun olaraq əmlakın ilkin satış qiyməti (2 milyon manat) 10% azaldılaraq üçüncü hərracda 1,8 milyon manat müəyyən edilir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linklərdən əldə etmək münkündür:
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.