SIĞORTA

20 May

"Azsığorta" Şuşada baş vermiş yol qəzasına görə sığorta ödənişi edib

Hazırda azad edilmiş torpaqlarımızda genişmiqyaslı yenidənqurma işləri aparılır. İllər boyu işğal altında olan vətənimizin bir parçasına həyatın qayıtması, bu ərazilərin canlandırılması üçün bu gün minlərlə insan çalışır.

Sözsüz ki, belə gərgin iş şəraitində gözlənilməz hadisələr riski də artır. Bu yaxınlarda azad edilmiş ərazilərdə daşıma xidmətləri göstərən yük maşınlarından biri Şuşa istiqamətində hərəkət edərkən yol nəqliyyat hadisəsi baş verib. Nəticədə nəqliyyat vasitəsinə ciddi zərər dəyib. AZSIĞORTA şirkəti öz öhdəliklərini tam yerinə yetirərək, dəymiş ziyana görə sığorta ödənişini edib.

Bununla bağlı şirkətin Direktorlar Şurasının sədri Viladi Maniyev öz fikirlərini bölüşüb: “Uzun illər xalqımız arasında belə bir dilək var idi – o gün olsun, Qarabağda ... . O gün gəldi. Cıdır Düzündə Xarı Bülbül musiqi festivalı keçirildi, Qarabağda 29 il sonra ilk azan oxundu ... . Bu gün isə biz işğaldan azad edilən ərazilərdə ilk sığorta ödənişimizi etdik və buna çox şadıq”.

Xatırladaq ki, AZSIĞORTA şirkəti 2006-cı ildən fəaliyyət göstərir və ölkənin aparıcı sığorta şirkətlərindən biridir.