Bu il 15 illik yubileyini qeyd edən “PAŞA Sığorta” şirkəti müştəri istəklərinə uyğun olaraq hazırlanan yeni məhsullarını təqdim etməyə davam edir. Şirkət 30 apreldən etibarən müştərilərinə fərdi şəxslər üçün nəzərdə tutulan tam könüllü tibbi sığorta məhsulunu təqdim edir.
Məhsul “Gold”, “Silver” və “Classic+” adı altında 3 paket şəklində müştərilərə təklif edilir.
Müştərilər “Gold” paketi üzrə 1050 AZN sığorta haqqı ödəməklə 20 000 AZN, “Silver” paketi üzrə 840 AZN sığorta haqqına 15 000 AZN, “Classic+” paketi üzrə isə 645 AZN sığorta haqqına 10 000 AZN sığorta təminatı əldə edə bilərlər. Fiziki şəxslər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunu əldə edən müştərilər hər 3 paket üzrə təcili tibbi daşınma və evakuasiya, təcili tibbi yardım, təcili vaksinasiya, təcili stomatoloji yardım, stasionar və ambulator-poliklinik müalicə, stasionar müalicə zamanı dərman vasitələri ilə təminat, fizioterapiya, müalicəvi masaj və bu kimi digər tibbi xidmətlərdən faydalana biləcək.
Qeyd edək ki, “PAŞA Sığorta”nın könüllü tibbi sığortasına sahib olan şəxslər öz ailə üzvləri üçün müxtəlif klinikalarda 20 %-ə qədər endirimdən də yararlana bilər.
Fərdi könüllü tibbi sığortasını əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, “PAŞA Sığorta” şirkətinin rəsmi “Facebook” səhifəsinə (//www.facebook.com/pasha.insurance/) müraciət edə bilərsiniz.