Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil satışa çıxarılacaqdır. Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 19 may 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15 mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1 900 000 (bir milyon doqquz yüz min) manat, iştirak haqqının məbləği: 500 (beş yüz) manat, Behin məbləği: 19 000 (on doqquz min) manatdır.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlakın təsviri |
Ünvanı |
Ümumi sahəsi |
Satış qiyməti AZN |
İştirak haqqı AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil. Ofis kimi istifadə olunmuşdur |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
359 m² |
1 900 000 |
500 |
19 000 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
|||||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
|||||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
ASC “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası bildirilir ki, 19 may 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca ikincidir. Birinci hərrac satışı 23 aprel 2021-ci il tarixində keçirilmiş, müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamış hesab olmuşdur. Bu səbəbdən hərrac qaydalarına uyğun olaraq satışa çıxarılan əmlakın qiymətində (2 000 000 –iki milyon manat ) 5% endirim edilmiş qiymət 1 900 000 (bir milyon doqquz yüz min) manat olmuşdur.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
//tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.