SIĞORTA

27 Aprel

Azərbaycanda könüllü sığorta 3%, icbari sığorta isə 16% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 155,648 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-mart aylarına nisbətən 3% azdır.

Ötən 3 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 16,3% azalaraq 93,341 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 104,33 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 81,5% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 2,1 dəfə artaraq 41,015 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 67 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-mart aylarında 35,8 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24,4 manatdan 43,95 manata çatıb.