SIĞORTA

27 Aprel

Azərbaycanda həyat sığortası 2%, qeyri-həyat sığortası isə 4% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 68,779 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-fevral aylarına nisbətən 1,7% çoxdur.

Ötən 3 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 180,21 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,1% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 84,258 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 63,5% artaraq 61,087 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-mart aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 122,5 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 35,3 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-mart aylarında müvafiq olaraq 53,3 manat və 23,7 manat olub.