Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 20,826 milyon manat sığorta haqqı yığılıb.
Bu müddətdə eyni sığorta növü üzrə 14,791 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,5% artıb, ödənişlər isə 9,4% azalıb.
Cari ilin I rübündə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 7,493 mln. manat sığorta haqqı yığılıb, 3,281 mln. manat ödəniş edilib. Bu, illik müqayisədə müvafiq olaraq 38,9% azalıb və 1,5% artıb.