“Atəşgah Həyat” Sığorta Şirkəti İcbari həyat sığortası üzrə vəfat edən şəxsin ailəsinə 35 928 AZN ödəniş edib.
Fins.az xəbər verir ki, bu barədə şirkətin press-relizində qeyd olunub.
Məlumata görə, bir müddət öncə “Atəşgah Həyat” Sığorta Şirkətində İcbari həyat sığortası üzrə sığortalı olan şirkətin əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində yerindəcə vəfat edib. Bu səbəbdən sığortaolunanın ailə üzvlərinə Şirkət tərəfindən 35 928 AZN sığorta təminatı ödənilib.