SIĞORTA

22 Aprel

Bəzi sığorta şirkətlərinin mənfəət vergi ödəmələri azalıb

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə az olub.  

Fins.az xəbər verir ki, Renkinqə görə bunlar “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Bakı Sığorta” ASC-lərdir.

Ən çox azalma “Bakı Sığorta”da (34,5%), ən az azalma isə “PAŞA Sığorta”da (4,7%) qeydə alınıb.

3 sığorta şirkəti – Dövlət Kommersiya Sığorta Şirkəti (“Azərsığorta”), eləcə də “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lər həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyiblər. Odur ki, bu şirkətlərin vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 11 sığorta şirkətinin mənfəət vergisi ödəmələri isə artıb. Ən yüksək dinamika “Atasığorta” ASC-də (7,3 dəfə), ən aşağı dinamika isə “Günay Sığorta” ASC-də (8%) qeydə alınıb.