SIĞORTA

21 Aprel

Azərbaycanda sığorta savadlılığının artırılması layihəsinə start verilib

Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum”un icrasına başlanılıb.

ASA-dan verilən məlumata görə, sorğuların keçirilməsi məqsədi ilə cari ilin fevral ayında təşkil olunmuş tenderin qalibi olmuş “SIAR Research and Consulting Group” şirkəti əldə olunan ilkin sorğu nəticələrini Memorandum tərəflərinə təqdim edib.

Təşkil olunan sorğunun respondentləri Bakı və 12 regional şəhərdə yaşayan 18-65 yaş aralığında olan əhali və biznes subyektlərindən ibarət olub. Sorğunun ümumi nəticələrinə görə, respondentlərin cavablarında neytral mövqe müşahidə olunmayıb, əhali və biznes subyektləri daha çox dəqiq cavablara üstünlük verilib. Bu da öz növbəsində Memorandumda müəyyən olunmuş istiqamətlərin növbəti mərhələdə daha effektiv realizə olunmasına zəmin yaradır.

Xatırladaq ki, 21 iyul 2020-ci il tarixdə imzalanmış memorandumun başlıca istiqaməti isə sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsindən ibarətdir.