Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.
Fins.az xəbər verir ki, Renkinq-ə görə bunlar “Qala Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “İpək Yolu Sığorta”da (48,5%), ən az azalma isə “Qala Həyat Sığorta”da (2,7%) qeydə alınıb.
Qalan 14 sığorta şirkətinin xərcləri isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (2,9 dəfə), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (1%) qeydə alınıb.