SIĞORTA

20 Aprel

Azərbaycanda 4 sığorta şirkətinin xərcləri 60 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün ötənilki xərcləri 60 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (282,555 milyon manat), “PAŞA Sığorta” (148,055 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 80,183 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (67,646 milyon manat) ASC-dir.

Qalan 15 sığorta şirkətindən 9-nun xərcləri 13-34 milyon manat arasında, 4 şirkətin xərcləri 1-9 milyon manat arasında, 2 şirkətin xərcləri isə 1 milyon manatdan azdır.