SIĞORTA

19 Aprel

Azərbaycanda bu sığorta şirkətlərinin gəlirləri 70 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün ötənilki gəlirləri 70 milyon manatdan çox olub.

Bunlar “PAŞA Həyat Sığorta” (312,035 milyon manat), “PAŞA Sığorta” (177,253 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 82,102 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (73,878 milyon manat) ASC-dir.

Qalan 15 sığorta şirkətindən 9-nun gəlirləri 17-39 milyon manat arasında, 4 şirkətin gəlirləri 1-10 milyon manat arasında, 2 şirkətin gəlirləri isə 1 milyon manatdan azdır.