SIĞORTA

16 Aprel

Azərbaycanda 5 sığorta şirkətinin nizamnamə kapitalı 20 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 20 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, Renkinqə görə bunlar “Xalq Sığorta” (58,571 milyon manat), “PAŞA Sığorta” (50 milyon manat), “PAŞA Həyat Sığorta” (40,25 milyon manat), “Meqa Sığorta” (23 milyon manat) və “Azsığorta” (20,3 milyon manat) ASC-lərdir.

Qalan 14 sığorta şirkətindən 6-nın nizamnamə kapitalı 10-15 milyon manat arasında, 8 şirkətin nizamnamə kapitalı isə 10 milyon manatdan azdır.