SIĞORTA

15 Aprel

Azərbaycanda 4 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri 35 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 3-nün bu il yanvarın 1-nə uzunmüddətli öhdəlikləri 50 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, Renkinq-ə görə bunlar “PAŞA Həyat Sığorta” (275,222 milyon manat), “PAŞA Sığorta” (132,3 milyon manat), “Atəşgah Həyat Sığorta” (47,535 milyon manat) ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”, 35,449 milyon manat).

Qalan 15 sığorta şirkətindən 9-nun uzunmüddətli öhdəlikləri 10-30 milyon manat arasında, 6 şirkətin uzunmüddətli öhdəlikləri isə 7 milyon manatdan azdır.