2019-cu ilin aprel ayından “Qala Sığorta” ASC-nin baş mühasibi olan Rüfət Sahibsoy vəzifəsindən azad edilib.
Fins.az-ın məlumatına görə, Onun yerinə Rəşad Ağayev təyin olunub. Bu barədə report məlumat yayıb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % "AzReTəkrarsığorta" ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.