SIĞORTA

05 Aprel

“Naxçıvan Sığorta”nın xalis mənfəəti ARTIB

“Naxçıvan Sığorta” ASC 2020-ci ili 317 min manat xalis mənfəətlə başa vurub.

Bu, 2019-cu ilə nisbətən 3,9 dəfə çoxdur.

Ötən il “Naxçıvan Sığorta”nın gəlirləri 948 min manat (illik müqayisədə 3,25 dəfə çox), xərcləri 552 min manat (2,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 79 min manat (3,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 7,979 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3 dəfə artaraq 1,475 milyon manata, balans kapitalı 14,1 % artaraq 6,505 milyon manata, o cümlədən nizamnamə kapitalı 10,9 % artaraq 6,099 milyon manata çatıb.