SIĞORTA

01 Aprel

“Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti AZALIB

“Atəşgah Həyat Sığorta” ASC 2020-ci ili 4,986 milyon manat xalis mənfəətlə başa vurub.

Bu, 2019-cu ilə nisbətən 28,4% azdır.

Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 73,878 milyon manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 67,646 milyon manat (2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,246 milyon manat (28,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 69,703 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 34,4% azalaraq 50,24 milyon manata, balans kapitalı isə 6,7% azalaraq 19,463 milyon manata düşüb.