SIĞORTA

01 Mart

“AtaSığorta” ASC 2020-ci ili mənfəətlə başa vurub

“AtaSığorta” ASC 2020-ci il üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən ötən il şirkətin cəmi gəlirləri 19 milyon manat, cəmi xərcləri isə 18,1 milyon manat təşkil etmişdir. “AtaSığorta” ASC 2020-ci il ərzində ümumilikdə 13,9 milyon manat sığorta haqqı toplamış və 8,7 milyon manat sığorta ödənişi həyata keçirmişdir. Şirkətin xalis mənfəəti 744 min manat olmuşdur.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən tam lisenziyalı sığorta fəaliyyətini     həyata keçirir. Geniş filial şəbəkəsinə malik olan şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.