SIĞORTA

30 Mart

“Bakı Sığorta”nın xalis mənfəəti kəskin AZALIB

“Bakı Sığorta” ASC 2020-ci ili 155 min manat xalis mənfəətlə başa vurub.

Bu, 2019-cu ilə nisbətən 34,5% azdır. Ötən il “Bakı Sığorta”nın gəlirləri 2,627 milyon manat (illik müqayisədə 25,9% çox), xərcləri 2,433 milyon manat (36% çox), mənfəət vergisi ödəmələri isə 39 min manat (34,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Sığorta”nın aktivləri 11,785 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 54,4% artaraq 2,175 milyon manata, balans kapitalı isə 1% artaraq 9,61 milyon manata çatıb.