SIĞORTA

25 Mart

“AtaSığorta” müştərisinin avtomobilinə dəymiş zərəri ödədi – MƏBLƏĞ

“AtaSığorta” şirkəti avtonəqliyyat vasitələrinin sığortası üzrə müştəriyə ödədiyi növbəti vəsaitin həcmini açıqlayıb.
Şirkətin Biznesin İnkişafı Departamentindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin sığortası üzrə müştərinin avtomobilinə dəymiş zərər müəyyən edildikdən sonra zərərçəkmiş şəxsə “AtaSığorta” ASC tərəfindən 16 322 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 
Xatırladaq ki, Azərbaycanda geniş filial şəbəkəsinə malik olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.  
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.