SIĞORTA

19 Mart

Azsığorta ASC-nin İdarə Heyətinə sədr təyin olunub - FOTO

Yusif Soltanov Azsığorta-nın İdarə Heyətinin sədri təyin olunub.

Fins.az xəbər verir ki, Y.Soltanov 2015-ci ildən Azsığorta ASC-də çalışır. O, 2018-ci ildə Cəmiyyətin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Y.Soltanov Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil almış, eyni zamanda Belarus Respublikası Mülki Müdafiə Universitetini Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ixtisası üzrə fərqlənmə ilə bitirib.

Qeyd edək ki, daha öncə şirkətdə İdarə Heyətinin sədri vəzifəsini icra edən Natiq Namazov öz müraciəti əsasında işdən ayrılıb.

Xatırladaq ki, Azsığorta ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyevdir.

Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan Azsığorta ASC 2006-cı ildən fəaliyyət göstərir.