“Qala Həyat Sığorta” ASC 2020-ci ili 2,189 milyon manat xalis mənfəətlə başa vurub.
Fins.az xəbər veirr ki, şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci ilə nisbətən 16,5 % azdır.
Ötən il “Qala Həyat Sığorta"nın gəlirləri 17,494 milyon manat (illik müqayisədə 3,8 % az), xərcləri 14,515 milyon manat (2,7 % az), mənfəət vergisi ödəmələri isə 790 min manat (21,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın aktivləri 38,921 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,45 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,8 % artaraq 13,243 milyon manata, balans kapitalı isə 9,3 % artaraq 25,677 milyon manata çatıb.