Uzun illərdir ki, qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti eyni anda iki fərqli şirkət tenderinin qalibi seçilib. Belə ki, 26 ildir Azərbaycan iqtisadiyyatına töhfə verən Veysəloğlu Şirkətlər Qrupu öz əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin nəticəsinə əsasən, bu öhdəlik PAŞA Sığorta şirkətinə həvalə edilib. Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunda 17 minə yaxın əməkdaş çalışır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasının və avadanlıqlarının sığortalanması üzrə xidmətlərin satın alınması başa çatmış və Fondun Satınalmalar Komissiyasının qərarına əsasən, PAŞA Sığorta şirkəti kotirovka sorğusunun qalibi elan olunmuşdur. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanması planlaşdırılır.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.