SIĞORTA

16 Mart

Sığorta sahəsində baş verən dələduzluq hallarının növləri

“Sığorta maliyyə sektorunun ayrılmaz tərkib hissəsidir və sığorta şirkətlərinin əsas vəzifə borcu sığorta hadisələrinin tənzimlənməsi və ödənişlərin həyata keçirilməsidir. Bu səbəbdən də sığrota sahəsi daim özünə dələduzları cəlb edir”

Bunu “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr Müavini Fuad İsmayılov Fins.az-a deyib.

F.İsmayılov sığorta sahəsində baş verən dələduzluq hallarının növlərindən danışıb:

“Baş verən dələduzluq hallarının təhlili göstərir ki, bu kimi neqativ halları əsasən iki növə bölmək olar: Əhalinin sığorta sahəsində, həmçinin hüquq sahəsində bilik və savadlarının kifayət qədər olmaması səbəbindən bəzən baş vermiş real hadisə zamanı yararlanaraq artıq qazanc əldə etmək və ya sığorta təminatına düşmədiyi halda, dəymiş zərəri sığorta şirkətlərinin hesabına bərpa etmək məqsədilə müxtəlif yollara əl atırlar”.