PAŞA Sığorta “Satış Sənəti” təcrübə proqramına start verib.
Uğurlu karyera qurmaq, peşəkar iş mühitində çalışmaq və sığorta satışı sahəsində real təcrübə qazanmaq istəyənlər, “Satış Sənəti” proqramına müraciyət edə bilərlər.
Bu barədə sığorta şirkətindən məlumat verirlib.
Hansı namizədlərə üstünlük verilir?
Tam günlük təcrübə proqramı olduğu üçün yeni məzun olmuş və ya qiyabi təhsil alan gənclər.
Karyerasını satış sahəsində qurmaq istəyən təcrübəsiz və ya 1 ildən az təcrübəsi olan namizədlər
Karyerasında bir müddət fasilə etmiş və yenidən başlamaq istəyən namizədlər
Son müraciət tarixi: 05 Aprel 2021
"Siz də PAŞA Sığorta ailəsinə qoşulmaq istəyirsinizsə CV-nizi məktubun mövzu hissəsində “Satış Sənəti təcrübə proqramı” qeyd etməklə “[email protected]” ünvanına göndərə bilərsiniz" deyə şirkətin paylaşımında qeyd olunub.