Bakıda əsən güclü küləkdə avtomobillərin zərər görməsi kasko sığorta ilə bağlı yaşanan problemləri yenidən gündəmə gətirib.
Fins.az xəbər verir ki, bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə bildirilib ki, avtomobil icarəyə verən şirkətlər və sürücülər kasko sığortanın şərtlərinin ağır olmasından narazıdırlar.
Sığorta eksperti Nizami Mənsimov isə bu sığorta növünə marağın az olmasına səbəb olan amillərin maarifləndirmə işinin zəifliyi, yüksək qiymətin və keçmişdə yaşanan neqativ halların olduğunu qeyd edib.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd edib ki, qəzalarda sürücünün maşını hadisə yerindən kənarlaşdırması və s. bu kimi kiçik məsələlərə görə sığorta şirkətləri ödəniş etməkdən imtina etdiyi üçün vətəndaşlarda bu şirkətlərə qarşı inamsızlıq yaranıb.