SIĞORTA

09 Mart

“Amrah Sığorta”nın ləğv prosesi yenidən müzakirə olunacaq

Aprelin 19-da, saat 15:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ləğv olunması prosesinin müzakirə olunması məsələsi daxildir.