SIĞORTA

03 Mart

“Qala Həyat” sığorta şirkətinin ödənişləri AZALIB

“Qala Həyat” sığorta şirkətinin 2021-ci ilin yanvar ayı üzrə 226 min manat sığorta ödənişi olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Fins.az xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 167 min manat azalıb.