SIĞORTA

26 Fevral

“Meqa Həyat Sığorta”nın rəhbərliyi açıqlanıb

Azərbaycan Mərkəzi Bankının fevralın 19-da lisenziya verdiyi “Meqa Həyat Sığorta” ASC-nin rəhbərliyi açıqlanıb.

Bu barədə Fins.az-a "Meqa Sığorta" şirkətindən bildirilib.

Şirkətin Direktorlar Şurasının (DŞ) sədri Yaşar Feyzi oğlu Qurbanov, üzvləri isə Səadət Daşdəmir qızı Əsədova və Elnur Elman oğlu Abdullayevdir. Y.Qurbanov həm də “Meqa Sığorta” ASC-nin DŞ-nın sədri, S.Əsədova isə üzvüdür.

“Meqa Həyat Sığorta”nın İdarə Heyətinə (İH) əvvəlcədən deyildiyi kimi “Meqa Sığorta”nın İH sədrinin keçmiş müavini Cəmil Məhəmməd oğlu Nəzərov sədrlik edir. Onun müavinləri isə Emil İsfəndiyar oğlu Ağamaliyev və Hökmüdar Qələndər oğlu Məmişovdur. E.Ağamaliyev həm də “Meqa Sığorta”nın məsul aktuarisi, H.Məmişov isə Daxili Audit Xidmətinin rəisidir.