Dünya üzrə COVİD-19 virusuna yoluxma tezliyinin artdığı və virusdan qorunma üsullarının təkmilləşdiyi dövrdə hər bir vətəndaşın əsas məqsədi virusa yoluxmamaq, ailə üzvlərinin və yaxınlarının sağlamlığını təhlükəyə atmamaqdır.
Bu dövr ərzində sığorta bazarının iştirakçıları yeni fəaliyyət strategiyalarını hazırlayaraq müxtəlif yeniliklər təklif etməyə başladılar.
Hazırda Azərbaycanda COVİD-19 virusuna yoluxanların sayı 233 644 nəfər təşkil edir. Bu şəxslər arasında özünün və ailə üzvlərinin sağlamlığını, eləcə də maddi rifahını düşünərək “Atəşgah Həyat” Sığorta Şirkətinin təklif etdiyi “Antikoronavirus” sığorta məhsulunu əldə edənlərin sayı az deyil.
Pandemiyanın ilk günlərindən COVİD-19 virusuna yoluxma halında sığortalanan müştərilərə təminat ödəyən yeganə sığorta şirkəti olan “Atəşgah Həyat” SŞ bügünədək “Antikoronavirus” məhsulu üzrə müştərilərinə 43 150 AZN sığorta ödənişi həyata keçirib.
Xatırladaq ki, bu sığorta məhsulu Azərbaycan Respublikasının ərazisində qüvvədədir və COVİD-19 virusunun nəticələrindən sığortalanmaq istəyən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Sığorta haqqı yaş həddindən asılı olaraq dəyişir. Təyin olunmuş yaş həddi 2 qrupa bölünür və hər yaş qrupu üzrə 3 növ sığorta paketi təqdim olunur.
Sözügedən sığorta məhsulunu evinizi tərk etmədən, tək şəxsiyyət vəsiqəsi ilə (+994) 55 254 80 10 Whatsapp nömrəsinə yazaraq rahatlıqla əldə edib, özünüzü yoluxma halında yaşaya biləcəyiniz maddi zərərlərə qarşı 3 000 AZN-dək sığortalaya bilərsiniz.